Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) “Mədəniyyətlərin mərkəzi - Azərbaycan” adlı rəsm müsabiqəsi elan edib.
Müsabiqə Prezident yanında Gənclər Fondunun maliyyə, ATGTİ nəzdindəki rəssamlar işçi qrupunun təşkilati dəstəyi ilə həyata keçirilir. İşçi qrupunun rəhbəri Sevinc Həmzəyeva bildirib ki, layihənin məqsədi gənc rəssamların bacarıqlarından istifadə edərək onların əsərləri vasitəsilə Azərbaycan mədəniyyəti ilə bağlı daha dolğun məlumatlandırma işi aparmaqdır.
Müsabiqəyə qatılmaq istəyən gənc rəssamlar yanvarın 29-dək rəsm əsərlərini ATGTİ-nin 28 May küçəsi 9/13 ünvanında yerləşən qərargahına təqdim etməlidirlər.