Azərbaycanlı rəssamın əsərləri ABŞ-da sərgilənəcək
Azərbaycanlı rəssam Mehriban Əfəndi “Beynəlxalq sürrealizm bu gün” mövzusunda sərgidə iştirak edəcək.
Sərgi yanvarın sonunda Amerikanın Missisipi ştatında açılacaq. Fevralın sonunadək davam edəcək builki sərgiyə 30 ölkədən 50 rəssam qatılacaq.
Mehriban Əfəndi ilk dəfə “Beynəlxalq sürrealizm bu gün” hərəkatına 2010-cu ildə Portuqaliya rəssamı Santiaqo Riberonun dəvəti və Bissaya Barreto Fondunun maliyyələşdirdiyi layihə çərçivəsində qatılıb. Layihə Salvador Dalidən sonra dünyada yaşayıb-yaradan professional sürrealist rəssamların üzə çıxarılaraq bir araya gətirilməsi və daimi olaraq onların sərgilərini keçirmək məqsədi daşıyır. Həmin il sərgidə 31 ölkədən 56 rəssam iştirak edib.