Yanvarın 30-da Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən “Gülüstan” sarayında 2 fevral - Gənclər Gününə həsr olunmuş bayram tədbiri keçirilib. Tədbirdə rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm, mədəniyyət və s. sahələrdə fərqlənən gənclərə rayon İcra Hakimiyyətinin fəxri fərmanları və hədiyyələri təqdim olunub.
Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas (kollec) pilləsinin I kurs tələbəsi Murad Novruz oğlu Kərimov 2015-ci ilin aprelində baletmeyster Vaxtanq Çabukiani adına II Beynəlxalq Xoreoqrafiya Festivalında I yer qazanması və təhsilində əldə etdiyi uğurlara görə təltif olunub.
Gənclər Günü münasibətilə mükafatlandırılanları Prezident Administrasiyasının Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, gənclər və idman nazirinin müavini İntiqam Babayev, millət vəkilləri Ziyad Səmədzadə, Məlahət İbrahimqızı, Asim Mollazadə, Aydın Mirzəzadə, Prezident yanında Gənclər Fondunun rəhbəri Fərhad Hacıyev və digər rəsmilər təbrik ediblər.