Fevralın 13-də “Hyatt Regency” hotelində “My Love” - “Mənim sevgim” adlı əl işlərindən ibarət sərgi keçiriləcək. Sərgidə 100-ə yaxın yerli sənət ustalarının maraq dünyasını əks etdirən nümunələr yer alacaq. Dekor, şüşə üzərində çəkilən şəkillər, ağac üzərində oyma işləri, müalicəvi və kosmetik sabunlar, şokoladdan hazırlanmış müxtəlif dekorlar və bişmiş gildən hazırlanmış bəzək əşyaları nümayiş olunacaq.
Sərginin kiçikyaşlı tamaşaçılarını məşhur nağıl qəhrəmanları əyləndirəcək.
Hotelin “Kişmiş” zalında baş tutacaq sərgi saat 11:00-dan 19.00-dək davam edəcək.