Fevralın 11-də İçərişəhərdəki “Natəvan” qalereyasında müasir rəngkarlıq əsərlərindən ibarət “Abşeron küləkləri” adlı sərgi açılacaq.
Abşeron təbiəti, havası, gilavarı, xəzrisi ilə həmişə yaradıcı adamların, özəlliklə rəssamların ilham qaynağı olub. Sərgilənəcək əsərlərdə ümumilikdə Abşeron və adıçəkilən mövzu başlıca meyar olacaq, müxtəlif yaşlı rəssamların əsərləri ekspozisiyaya daxil ediləcək.
Mədəniyyət və Turizm Nazirliyi və “Arts Council Azerbaijan” təşkilatının təşkil etdiyi sərgi fevralın 18-ə qədər davam edəcək.

Soltan