Muzey Mərkəzində fotosərgi

Fevralın 12-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və “İrəli” İctimai Birliyinin tərəfdaşlığı ilə Emin Məmmədovun “Yalnız sevgi” adlı fərdi fotosərgisi açılacaq.
Muzey Mərkəzindən bildirilib ki, 14 fevral - “Sevgililər günü”nə həsr edilən sərgidə gənc fotoqrafın 130 işi, o cümlədən 50 cütlüyün toy fotoları nümayiş olunacaq. Axşamın aparıcıları Nərgiz Cəlilova və Nəsib Nurdur.
Sərgi çərçivəsində “Aidem” Fashion Art Wedding Studio”dan gəlinlik paltarlarının nümayişi, Azərbaycan musiqisi və müasir ritmlərin səslənməsi tədbirə bayram əhval-ruhiyyəsi qatacaq.