Fevralın 18-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Mədəniyyət və Turizm Nazirliyinin və Rəssamlar İttifaqının təşkilatçılığı ilə rəssam İsa Məmmədovun fərdi sərgisi açılacaq.
Sərgidə 50-dək rəsm əsəri nümayiş olunacaq. Təqdim olunacaq sənət əsərləri rəngkarlıq, yağlı boya, akvarel, qrafika və digər janrlarda işlənib. Sərgi 10 gün davam edəcək.