Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi loqosunun hazırlanması məqsədilə müsabiqə elan edilir.
Ekspert komissiyası tərəfindən ən yüksək qiymətləndirilən orijinal loqo qalib seçiləcək və geniş ictimai təqdimatla elan ediləcək. Seçilmiş loqo qalereyanın rəsmi loqosu statusunu alacaq və ondan istifadə hüququ Azərbaycan Dövlət Rəsm Qalereyasına məxsus olacaq. Müsabiqəyə 18 fevral tarixindən müraciətlər qəbul edilir. Seçilmiş loqonun müəllifi Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən diplom və pul mükafatı ilə təltif olunacaq.

Müsabiqənin şərtləri:
Hər bir iştirakçı maksimum 3 fərqli loqo versiyası (öncə nümayiş olunmamış) təqdim edə bilər.
Azərbaycan Dövlət Rəsm Qalereyasının adı qısaldılmış formada (ADRQ) istifadə oluna bilər.
Loqotip 18 sm x 15 sm ölçüsündə olmalıdır.
Loqotip istənilən ölçüyə uyğun böyüdüldükdə və ya kiçildikdə həqiqi ölçüsünü itirməməlidir.
Hazırlanan loqotipin rəngli forması Vektor formatında (Adobe Illustrator, CorelDraw) aşağıda qeyd olunmuş e-mail ünvana göndərilməlidir.

Son müraciət tarixi: 15 aprel 2016-cı il
E-mail: resmqalereya@gmail.com
Tel: (012) 430 81 19