“Natəvan” qalereyasında “Azərbaycan abidələri” adlı fotosərgi keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə təşkil edilən sərgidə ölkəmizin müxtəlif regionlarından gənc fotoqrafların - Elvin Eldaroğlu, Vüsalə Rəhimova, İsmayıl İsmayılov, Məhbarə Abbasova və digərlərinin fotoları yer alıb. Ekspozisiyada Azərbaycan ərazisində yerləşən tarixi və müasir memarlıq abidələrini əks etdirən 30 foto nümayiş etdirilir.
Sərginin keçirilməsində məqsəd ölkəmizin ən qədim, sirli və bəşəri dəyərə malik olan abidələrinin qlobal miqyasda təbliğ etməkdir.