Martın 6-da Bakıdakı İtalyan mərkəzində “Ellada” uşaq incəsənət sərgisi açılacaq. Tədbir Yunanıstanın Azərbaycandakı səfirliyinin, “ARGO” yunan cəmiyyəti və İtalyan mərkəzinin birgə əməkdaşlığı ilə keçiriləcək.
Yunanıstanın ölkəmizdəki səfirliyindən bildirilib ki, uşaqların əl işləri Avropa sivilizasiyasının beşiyi olan qədim Yunanıstana həsr olunub. Tofiq İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin tələbələri qədim yunan incəsənəti haqqında öyrəndiklərini öz rəsmlərində, qrafik təsvirlərində, batika və keramika üzərində rəngləmələrdə təcəssüm etdiriblər.
Sərgi martın 11-dək davam edəcək.