Azərbaycan Fotoqraflar Birliyi (AFB) mart ayı üçün “Emosiyalar” adlı aylıq fotomüsabiqə elan edib. Mövzunun müəllifi Rauf Umud, müsabiqənin koordinatoru Arzu Mürvətovadır.
Fotomüsabiqənin mövzusu insanların məhəbbət, sevinc, xoşbəxtlik, təəccüb, iztirab, qorxu, qətiyyət, qəzəb kimi hisslərini əhatə edir. Fotolar JPEG formatda, uzun tərəfi 1500 piksel olmalıdır. İştirak etmək istəyənlər 5 foto təqdim edə bilər. Fotolar musabiqeafb@gmail.com ünvanına göndərilməlidir.
Müsabiqəyə üzərində heç bir fotoredaktə proqramlarında əlavələr olunmamaq şərti ilə (real rəng, kontrast və s. kimi alətlərdən istifadə olunması mütləqdir) mart ayında çəkilmiş işlər qəbul olunur. Müsabiqə martın 26-dək davam edəcək.