Birincilərin konsert və sərgisi

Martın 4-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin konsert zalında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə paytaxtın uşaq musiqi və incəsənət məktəblərində təhsil alan 1-ci sinif şagirdlərinin “Səhnəyə ilk addım” adlı konserti keçirilib.
Ənənəvi olaraq 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil edilən konsertdə birincilər Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət maraqlı proqramla çıxış ediblər.
Tədbirdə iştirak edən Bakı Şəhəri Mədəniyyət və Turizm İdarəsinin rəisi Vüqar Zeynalov konsertin sonunda iştirakçıları təbrik edib, onlara uğurlar və daha böyük səhnələri fəth etməyi arzulayıb.
Tədbir iştirakçıları Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin 1-ci sinif şagirdlərinin əl işlərindən ibarət sərgi ilə maraqla tanış olublar.