Martın 4-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) muzey-sərgi kompleksində “Novruz” adlı satış sərgisinin açılışı olub. İkinci ildir təşkil olunan sərgidə ADRA-nın müəllim və tələbə heyəti əl işlərini nümayiş etdirirlər. Sərgilənən əsərlər müxtəlif üslub və texnikalardadır. Əsərlər keramika, şüşə, zərgərlik, rəngkarlıq, qrafika, xalça, qobelen, batika və digər sahələri əhatə edir.
Sərgidə Qurban Orucovun “Narlar”, “İçərişəhər”, “Qablar və meyvə”, Amil Gəncəlinin “Yeni Bakı”, Fidan Zeynallının “Zəmi”, Elgün Yusiflinin “Albalı”, Ruslan Rüstəmovun “Milli qablar”, “Gül”, Murad Ələkbərzadənin “Kala”, Fəxri Nəcəfzadənin “İstanbul”, Murad Zeynalovun “Natürmort”, İlkin Abbasovun “At”, Ayaz İmanovun “Mis qablar”, Yusif Həmidovun “Butanamə”, Turan Muxtarzadənin “Xınayaxdı” əsərləri öz orijinallığı ilə diqqəti cəlb edir.
200-ə yaxın əsərin yer aldığı sərgi martın 18-nə qədər davam edəcək.