Moskvadakı Mərkəzi Rəssamlar Evində beynəlxalq sərginin açılışı olub. “Mərkəzi Rəssamlar Evi-2016” adlı sərgidə Rusiya Rəssamlar İttifaqı, Rusiya İncəsənət Akademiyası və başqa ölkələrin rəssamlar birlikləri təmsil olunur. Sərgidə Azərbaycan Rəssamlar İttifaqı adından Xalq rəssamı Altay Hacıyev və onun oğlu, Moskvada yaşayan soydaşımız, tanınmış kino rəssamı Əddis Hacıyev iştirak edir.
Martın 13-dək davam edəcək sərgidə Altay Hacıyevin “Qadın”, “Qız güllər arasında”, “Yeni Bakı” tabloları, Əddis Hacıyevin isə “Xəzərin dəniz qızları” seriyasından dörd qrafik əsəri nümayiş olunur.