Martın 18-də “Natəvan” qalereyasında "Sehrli anlar" adlı sərgi açılacaq.
Qalereyadan bildiriblər ki, sərgidə Aydan Məmmədovanın tələbələrinin rəsm işləri nümayiş olunacaq. Təqdim olunacaq rəsm əsərləri fərqli mövzuları əhatə edəcək. İştirakçılar burada əsrarəngiz peyzajlar, bir-birindən fərqli portretlər, natürmort nümunələri və s. ilə tanış olmaq imkanı qazanacaqlar.