Martın 31-dən aprelin 17-dək Müasir İncəsənət Muzeyində “Xallı Tembel papaq” adlı sərgi keçiriləcək. Sərgi İsrail rəssamı Roy Maayan və azərbaycanlı rəssam Nailə Sultanın birgə layihəsidir.
Muzeydən bildiriblər ki, İsrailin mifik əşyaları - Tembel papaq (parçadan olan fincan formalı papaq) və çimərlikdə oynanılan kürək (ağacdan düzəldilmiş kürək ilə və kiçik topla oynanılan oyun) israilliliyin köhnə göstəricilərindəndir.
Tanınmış dulusçu Roy Maayan yerli rəssamlarla birgə əməkdaşlıq etmək üçün dünyanın hər yerindən dəvətlər alır. Səfərlərinin hər birində rəssam yerli keramika ənənələri ilə öz iş üslubu arasında material və texnoloji əlaqə qurmaqla hibrid əsər yaratmaq istəyini gerçəkləşdirir.
Nailə Sultan keramika üzrə rəssam və Rəssamlar İttifaqının üzvüdür. O, müxtəlif ölkələrdə keramika simpoziumunda iştirak edib.