Aprelin 2-də Bakıda, İçərişəhərdəki Müasir İncəsənət Mərkəzində “Polyak gənclərin sənədli fotoqrafiya festivalı”nın rəsmi açılışı olacaq.
Azərbaycan Fotoqraflar Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, ‘IS(NOT)’ adlanan əsas ekspozisiyada məşhur polyak fotoqrafları Rafal Milax, Aqneşka Rays, Adam Pançuk, Mixa Lujak və Yan Brıkdjinskinin İslandiya barədə təəssüratlarını əks etdirən fotolar yer alacaq. Sərgi çərçivəsində polyak fotokitablarının təqdimatı da keçiriləcək.
Aprelin 10-dək davam edəcək festivalın təşkilatçıları “Sputnik Photos”, “Oculi Populi”, Azərbaycan Fotoqraflar Birliyi və “People You May Know” təşkilatıdır.