Azərbaycanlı rəssam Moskvada sənət biennalesinə qatılacaq

İyulun 1-də V Moskva beynəlxalq gənc sənət biennalesi işə başlayacaq. Təşkilatçılar biennalenin “İçəridə dərində” adlanan əsas layihəsinin ekspozisiyasına qatılacaq 87 rəssam və rəsm birliyinin adlarını açıqlayıblar.
Sərgiyə Avstriya, Azərbaycan, Argentina, Belarus, Belçika, Braziliya, Böyük Britaniya, Almaniya, ABŞ, Türkiyə - ümumilikdə 36 ölkənin təmsilçiləri qatılacaq. Biennaledə ölkəmizi rəssam Fərid Rəsulov təmsil edəcək.
Layihənin kuratoru Nadim Samman, strateji layihələrin kuratorları isə portuqaliyalı Juan Laii, italiyalı duet Silviya Françeskini və Valeriya Mançinellidir.
Sərgi avqustun 10-dək davam edəcək. Əsas layihə “Tryoxqornaya” manufakturasının sərgi məkanlarında keçiriləcək. Biennaleyə Moskvanın müxtəlif meydançalarında bir sıra xüsusi layihələr də daxildir.