Aprelin 2-də “Yeni Gallery” Bakı İncəsənət Mərkəzində Samirə Hüseynovanın “Hisslərin rənglərlə ahəngi” adlı xeyriyyə satış-sərgisi açılıb.
Açılışda “Yeni Gallery” Bakı İncəsənət Mərkəzinin direktoru Rəfael Gülməmmədli və sənətşünas Kübra Əliyeva çıxış edərək balaca rəssama uğurlar arzulayıblar.
Bildirilib ki, Samirə Hüseynova 2002-ci ildə Mingəçevir şəhərində dünyaya gəlib. O, anadan osteoartroz, kantraktura, sağ aşağı ətrafın anamoliyası xəstəliyi ilə doğulub. Samirə ilk şəkilini 5 yaşında olarkən həkimi üçün çəkib, rəssamlığa isə 8 yaşında başlayıb.
Bu günədək onun beş böyük sərgisi açılıb. Təşkil edilmiş bu sərgi xeyriyyə xarakteri daşıyır. Əsərlərin satışından əldə olunacaq vəsait balaca rəssamın müalicəsinə sərf ediləcək.