Aprelin 28-də Monte-Karloda “Art Monaco” müasir incəsənət sərgisi keçiriləcək.
Beynəlxalq sərgidə Əməkdar rəssam, UNESCO Rəssamlar İttifaqının üzvü Sakit Məmmədovun da əsərləri nümayiş olunacaq.
Sərgiyə qonaq qismində qatılacaq rəssam burada məşhur italiyalı aktrisa Monika Belluççinin portretini təqdim edəcək. Həmçinin rəsm əsərinin sərginin sonuncu günü aktrisaya hədiyyə olunması nəzərdə tutulur.
“Art Monaco” müasir incəsənət sərgisində hər il peşəkar və gənc rəssamlar, mesenatlar, nüfuzlu qalereyaların sahibləri, eləcə də kolleksiyaçılar iştirak edirlər. Sərgi mayın 1-dək davam edəcək.