Azərbaycan Turizm və Menecment Universitetində bu təhsil ocağının tələbəsi olmuş, həyatdan gənc köçmüş Ləman Kərimovanın xatirəsinə həsr olunmuş rəsm sərgisi açılıb.
“Dünəndən bugünə yadigar qalan rəsm əsərləri” adlı sərgidə ali təhsil ocağının müəllim və tələbələri, rəssamın yaxınları iştirak edib.
ATMU-nun rektoru, professor Cəfər Cəfərov sərgidə gənc yaşlarında bir sıra diplom və mükafatlara layiq görülən Ləman Kərimovanın sənət dünyasını seyr etmək və tanış olmaq imkanı yaradıldığını qeyd edib. Rektor sərginin təşkil olunmasında göstərdiyi köməyə görə Ləman Kərimovanın anası Kəmalə Kərimovaya təşəkkürünü bildirib. Vurğulanıb ki, rəssamın rəsm əsərləri onu yaddaşlarda yaşadacaq.
Sərgidə rəssam Ləman Kərimovanın müxtəlif janr və mövzulu əsərləri nümayiş olunub.

Fariz