Belarus rəssamın kukla sərgisi

Mayın 13-dən 17-dək Muzey Mərkəzində Belarus rəssamı Qalina Dmitrukun “Gecə nağılları” adlı müəllif kuklaları sərgisi keçiriləcək. “Kukla” art-qalereyası və Muzey Mərkəzi tərəfindən təşkil edilən sərgidə tanınmış interyer kukla ustasının doqquz işi nümayiş olunacaq.
Rəssamın işləri Rusiya, Azərbaycan, Ukrayna, Almaniya, Belçika, Çexiya və İspaniyada beynəlxalq sərgilərdə nümayiş etdirilib, müxtəlif ölkələrdə incəsənət bilicilərinin şəxsi kolleksiyalarında yer alıb.
Müəllifin bir-birindən gözəl və digər kuklalara bənzəməyən yüzdən artıq işi var. Onların hər birinin öz hekayəsi və taleyi var.
Bakıda beynəlxalq kukla biennalesinin daimi iştirakçısı olan müəllif paytaxtımızda keçirilən ilk fərdi sərgisi üçün “Gecə nağılları” adlı xüsusi layihə fikirləşib. Müəllif bu sərgi üçün Azərbaycanın təkrarsızlığı və ecazkarlığını qadın gözəlliyi prizmasından parlaq şəkildə əks etdirən kuklalar hazırlayıb.
“Dəniz”, “Əminə”, “Məryəm”, “Bella”, “Sara”, “Aylin”, “Sevil” - bir sözlə müasir Şəhrizadlar tamaşaçının diqqətini çəkir, onları öz “Gecə nağılları” ilə valeh edir və xəfif uşaqlıq ətri ilə böyüklər üçün möcüzələr aləminə çəkib aparır.
Sərginin açılışı mayın 13-də keçiriləcək. 14-17 may tarixlərində sərgiyə giriş biletlədir. Biletin qiyməti 3 manatdır. 6 yaşadək uşaqlar üçün giriş pulsuzdur.
Biletləri Muzey Mərkəzi və ya “Kukla” art-qalereyasından əldə etmək olar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar