Xətai Sənət Mərkəzi Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyası ilə birlikdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş "Mənim düşüncəm” adlı uşaq rəsm sərgi-müsabiqəsi keçirir. Təsviri sənətin bütün nominasiyaları üzrə 200-dən çox uşaq 700-ə qədər işi ilə müsabiqəyə qatılıb. İlkin seçimlərdə 90-dan artıq əsər sərgi-müsabiqədə iştirak etmək hüququ qazanıb.
Müsabiqədə 4-12 yaş arası uşaqlar iştirak edir. Qaliblər mayın 20-də Xətai Sənət Mərkəzində yekun sərgiyə qatılacaq tamaşaçıların səsverməsi ilə müəyyənləşəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar