Mayın 26-dan 31-dək Moskvanın “Manej” sərgi zalında X Beynəlxalq “Ənənələr və müasirlik” Təsviri İncəsənət Festivalı keçiriləcək. Ölkəmizi festivalda gənc rəssam Deləfruz Bağırova təmsil edəcək.
2007-ci ildən başlayaraq keçirilən festival dünyanın müxtəlif ölkələrindən rəssamları birləşdirir, gənc istedadlara tanınmış pedaqoqlar və mədəniyyət xadimləri ilə təcrübə mübadiləsi etmək imkanı verir. “Bu dəfə biz dünyanın 40 ölkəsindən olan rəssamların 300-dən çox sənət əsərini təqdim etməyi planlaşdırırıq”, - deyə festivalın kuratoru Vera Kiselyova bildirib.
Festival çərçivəsində təsviri incəsənət sahəsində yaradıcılıq, sevgi və uğura inamı simvolizə edən bürünc heykəlcik - beynəlxalq “VERA” mükafatı təqdim ediləcək. Mükafat rəssamlıq, qrafika, tətbiqi incəsənət, fotoqrafiya, heykəltəraşlıq, installyasiya və muzey işi üzrə qaliblərə veriləcək.
Festivalın münsiflər heyətinin sədri Tahir Salahovdur.
Bu arada festivalın 15 ən maraqlı eksponatı açıqlanıb. Siyahıda birinci yeri Azərbaycan və Rusiya rəngkarlığının canlı klassiki Tahir Salahovun əsərləri tutur. Sərgidə onun yeni qrafika əsərləri və bənzərsiz eskizləri əsasında əllə toxunan xalçalar təqdim ediləcək. Reytinqdə tanınmış Azərbaycan rəssamı Sakit Məmmədov da yer alıb. Qeyd olunur ki, rəssamın əsərləri dünyanın iri rəsm qalereyalarında və şəxsi kolleksiyalarda saxlanılır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar