Mayın 31-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Dövlət Uşaq Filarmoniyasının “Rəqsə səyahət” adlı konsert proqramı təqdim ediləcək. Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən rəqs ansamblında 4 yaşından 16 yaşınadək uşaq və yeniyetmələrə Azərbaycan və dünya xalqlarının rəqsləri öyrədilir. Ansambl bir çox müsabiqələrdə iştirak edib və müxtəlif mükafatlara layiq görülüb.