Uşaq rəsm müsabiqəsinə yekun vuruldu

Mayın 20-də Xətai Sənət Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyası ilə birgə təşkil olunan "Mənim düşüncəm" adlı uşaq rəsm müsabiqəsinin yekun mərasimi keçirildi.
Mərkəzin direktoru Zahid Əvəzov tədbiri açaraq müsabiqə haqqında sənətsevərlərə bilgi verdi. Bildirdi ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş müsabiqəyə 4-12 yaş arası 200-dən çox uşaq qatılıb. Müsabiqəyə təsviri sənətin bütün sahələri üzrə 700-ə qədər iş təqdim edilib və 90-dan artıq əsər sərgi-müsabiqədə iştirak etmək hüququ qazanıb.
Mədəniyyət və Turizm Nazirliyinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov belə layihələrin uşaqların bədii zövqünün formalaşmasına və gələcəkdə çoxlu istedadların yetişməsinə təkan verəcəyini bildirdi.
Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov Xətai Sənət Mərkəzi ilə ardıcıl birgə tədbirlər keçirdiklərini və bu müsabiqələrin gələcəkdə Azərbaycan rəssamlığının inkişafına töhfəsini verəcəyini söylədi. Sonra müsabiqə qalibləri elan olundu. Qaliblər 4 nəfərdən ibarət münsiflər heyətinin səsverməsi ilə seçildilər. Bərabər səs topladıqları üçün I və II yerləri iki nəfər qazandı.
Beləliklə, ilk yeri Fuad Anzurov, Jalə Əsədzadə, ikinci yeri Əziz Həsənov, Elmir Yaqubov, üçüncü yeri İbrahim Babayev tutdular. Aişə İsmayılova, Natiqə Əsədli, Zeynəb Nəcəfzadə, Jalə Cümşüdova, Ayxan Abdullazadə, Nicat Əzimov, Leyla Əhmədova, Nigar Namazova həvəsləndirici mükafatlara layiq görüldülər. Müsabiqənin bütün iştirakçıları diplomla təltif olundular.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar