Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Resm” zərgərlik brendinin təşkilatçılığı ilə 6-15 yaş arası uşaqlar üçün “Mənim rəsmim” adlı yaradıcılıq müsabiqəsi keçirilir.
Müsabiqənin məqsədi balaca rəssamların və gələcəyin dizaynerlərinin ornamentlərə maraqlarını dəstəkləmək və milli naxışlarımızı təbliğ etməkdir.
Uşaqlar çəkdikləri ornamenti iyulun 30-dək resm@resm.az elektron ünvanına, “Resm”in “facebook” səhifəsinin şəxsi mesaj bölümünə göndərməklə və ya “Resm” mağazasına (28 may küçəsi 46E) təqdim etməklə müsabiqəyə qatıla bilərlər.
İştirakçılar münsiflər heyəti tərəfindən 3 yaş kateqoriyasına bölünəcək (6-8, 9-12, 13-15 yaş) və hər kateqoriyadan 3 qalib seçiləcək. Müsabiqənin qayda və şərtləri ilə www.resm.az saytında tanış olmaq olar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar