Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyasının balaca istedadları iyunun 28-də Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçiriblər.
Komik hadisələrlə zəngin “Şahın xudpəsənd oğlu” adlı tamaşa və rəngarəng konsert proqramı balaca izləyicilər tərəfindən maraqla qarşılanıb. Tamaşanın müəllifi yazıçı Səidə Haqverdiyeva, rejissoru Cəmilə Allahverdiyeva, rəssamı İqbal Əliyevdir.
Qeyd edək ki, valideyn himayəsindən məhrum uşaqların sosial reabilitasiyası xarakteri daşıyan tədbir Müasir Psixologiya Mərkəzi ilə birgə təşkil edilib.