Növbəti təsviri sənət müsabiqəsi

“Xətai” Sənət Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə təsviri sənət sahəsində istedadları üzə çıxarmaq məqsədilə yeniyetmələr və gənclər arasında “İstedad sorağında-2” adlı respublika müsabiqəsi elan edilib.
Sərbəst mövzulu yarışmada 30 yaşına qədər olan rəssamlar iştirak edə bilərlər. İştirakçılar bioqrafiyalarını, əsərlərinin fotosunu, onların işlənmə texnikası, ölçüsü barədə bilgiləri avqust ayının 10-na qədər “Xətai” Sənət Mərkəzinin elektron ünvanına (info@xsm.az) göndərməlidirlər.
Birinci turdan keçən əsərlər sərgi-yarışmada iştirak etmək hüququ əldə edəcəklər. İlk üç yeri tutan müəlliflər 500, 300, 100 manat mükafat qazanacaqlar. Sərgi iştirakçılarına diplomlar veriləcək.

Soltan