İyunun 30-da Türkiyə Respublikası Baş Nazirliyi yanında Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təmsilçiləri Şəmkirdəki “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin qonağı olub.
Mərkəzin rəsm qalereyasındakı əsərlərlə tanış olan TİKA-nın Bakı proqram koordinatoru Mustafa Haşim Polat, qurumun mədəniyyət və incəsənət üzrə məsləhətçisi Zaur Orucov və "Zəka" mərkəzinin baş direktoru Güllü Atakişiyeva gənc rəssamlara sertifikatlar təqdim ediblər. Qonaqlara mərkəzin adından rəsm əsəri hədiyyə edilib.