Respublika uşaq rəsm sərgisi

Xətai Sənət Mərkəzi Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyası ilə birlikdə “Mənim yay tətilim” adlı respublika uşaq rəsm sərgisi keçirir.
İştirak etmək istəyən uşaqlar əsərlərini iyulun 30-na qədər Xətai Sənət Mərkəzinə təqdim etməlidir. Rəsmdə mövzu və düzgün kompozisiyaya üstünlük veriləcək. Ən çox uşaqların öz duyğuları ilə işlənmiş əsərlər seçiləcək. Uşaqların əl işlərinə kənar müdaxilənin (müəllim və valideynlərin) olmaması arzu edilir.
Sərgidə Azərbaycanın bütün bölgələrindən 12 yaşa qədər uşaqlar iştirak edə bilər. Mövzu sərbəstdir. İştirakçılar diplomla təltif olunacaq. Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək.