Sentyabrın 25-də “Art Villa” qalereyasında “Plener-11” keçiriləcək.
“Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının təşəbbüsü, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Gənclər Şəbəkəsinin təşkilati dəstəyi ilə reallaşacaq plener “Milli dəyərlər” mövzusuna həsr olunacaq.
“Arts Council Azerbaijan” təşkilatından bildirilib ki, tədbir təkcə rəsm əsərlərinin açıq səma altında yaradılmasını deyil, həm də çoxsaylı rəssamların bir yerdə çalışmasını nəzərdə tutur. Plenerdə gənc rəssamlarla yanaşı, yaşlı nəsildən olan fırça ustaları da iştirak edəcəklər.
Tədbir sənətkarların öz yaradıcılıqlarını təkmilləşdirmə forması kimi gənclərin, eləcə də təcrübəli rəssamların dəstəklənməsi məqsədilə keçiriləcək.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar