Bu günlərdə Yunanıstanın Livadi şəhəri yaxınlığında yerləşən Lafistio kəndində “Azərbaycan karikaturası” adlı sərgi təşkil olunub. Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin dəstəyi ilə təşkil edilmiş sərgi qədim tarixi olan Lafistioda, Yunanıstanın ilk və yeganə karikatura muzey-sərgi kompleksində keçirilib.
Azərbaycan Karikaturaçı Rəssamlar Birliyindən verilən məlumata görə, sərgidə müxtəlif dövrlərdə çalışmış Azərbaycan karikaturaçı rəssamlarının 100-dən artıq əsəri nümayiş olunub, ziyarətçilərə zəngin ənənələrə malik Azərbaycan karikatura tarixi haqqında məlumat verilib.
Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri Bayram Hacızadənin müəllifi olduğu “Dünya karikaturası”, “Rəssam və karikatura” və digər kitabları muzeyə və sərginin qonaqlarına hədiyyə edilib.