Bakıda fəaliyyət göstərən Xətai Sənət Mərkəzində ümumrespublika akvarel rəsm müsabiqəsi keçiriləcək.
Müsabiqə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşacaq.
İştirak etmək istəyənlər oktyabrın 30-dək əsərlərini Xətai Sənət Mərkəzinə təqdim etməlidir.
Layihənin məqsədi akvareli yaşatmaq və gələcək inkişafına stimul yaratmaqdan ibarətdir. Müsabiqə çərçivəsində istedadlı rəssamların yüksək bədii dəyərə malik sulu boya ilə çəkilmiş yeni əsərləri seçilərək sərgilənəcək. Müsabiqəyə akvarel texnikası ilə çəkilmiş, öncə sərgilənməmiş əsərlər qəbul olunacaq. Mövzu seçimi sərbəstdir.