Sentyabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində “Rənglərin sirri” adlı yaradıcılıq sərgisi açılacaq.
Sərgidə universitetin musiqi, təsviri incəsənət, fiziki tərbiyə və ÇQH fakültəsinin tələbələrinin əl işləri nümayiş olunacaq.
Sərgidə istənilən ölçü və texnikada işlənmiş bütün növ təsviri sənət kompozisiyaları ilə iştirak etmək mümkündür. Ən çox bəyənilən işlərin sahibləri mükafatlandırılacaq.
Sərgi sentyabrın 23-dək davam edəcək.
İştirak etmək istəyənlər qeydiyyat üçün adpuqabiliyyet@gmail.com elektron ünvanına müraciət etməlidir.