Sumqayıtda uşaqların asudə vaxtının təşkili, mədəniyyət və incəsənət sahəsinə maraqlarının artırılması məqsədilə silsilə tədbirlər keçirilib.
N.Nərimanov adına Mədəniyyət mərkəzində “Müasir Qafqaz rəqsi” və “Dəcəllər” rəqs qruplarının birgə konserti təşkil olunub. Xoreoqraflar Fərhad Dadaşov və Elnarə Xəlilova tərəfindən hazırlanmış konsert proqramı alqışlarla qarşılanıb.
Daha bir tədbir isə S.Vurğun adına Mərkəzi kitabxananın Uşaq şöbəsində baş tutub.
Uşaqlar “Payız mozaikası” mövzusunda rəngli kağızlardan istifadə etməklə öz əl qabiliyyətlərini nümayiş etdiriblər. Valideynlər kitabxana kollektivinə sonda təşəkkür edib və belə tədbirlərin davamlı olmasını arzulayıblar.