Turizm və Menecment Universitetində seminar-treninq

Azərbaycan Turizm və Menecment Universitetinin “Mehmanxana və restoran biznesi” kafedrasının təşəbbüsü ilə Latviyanın “Restoran biznesi mərkəzi”nin baş direktoru, bu sahə üzrə mütəxəssis Aynars Bunkeviçsin təqdimatında seminar-treninq təşkil olunub. “Restoran biznesinin təşkili və yüksək səviyyədə xidmətin göstərilməsi” mövzusunda treninqin məqsədi ATMU-nun Turizm və qonaqpərvərlik fakültəsində təhsil alan tələbələrə “Restoranda servis xidmətinin düzgün təşkili qaydaları”, həmçinin Bakı Turizm Peşə Məktəbi şagirdlərinə müvafiq sahənin incəlikləri ilə bağlı bilgi verməkdir.
Tədbirdən razı qalan iştirakçılar gələcəkdə mütəxəssis səviyyəsində işgüzar görüşlərin təşkili məsələsinə müsbət münasibət bildiriblər.