Noyabrın 18-də “Xanədan” etno-restoranında gənc kadrların hazırlanması məqsədilə təşkil olunmuş 10 günlük usta dərslərinin nəticələr müzakirə ediləcək. Tədbirdə Azərbaycan Milli Kulinariya Mərkəzinin və Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşəbbüsü, Mədəniyyət və Turizm, Təhsil nazirliklərinin təşkilatçılığı ilə Bakı Turizm Peşə Məktəbində və 5, 12, 18 nömrəli Bakı Peşə liseylərində keçirilən dərslərin nəticələri açıqlanacaq.
Tədbirdə gənc aşpazlara, iştirakçılara diplomlar və sponsorlar tərəfindən hədiyyələr təqdim olunacaq.