Əsas turistik bölgələr üzrə bankların filial və şöbələrinə dair xəritə hazırlanıb

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən ölkəmizdə turistlərin və xarici qonaqların bank xidmətlərinə rahat çıxışının təmin edilməsi məqsədilə əsas turistik bölgələrdə yerləşən bankların filial və şöbələrinə dair dolğun informasiyalarla zəngin xəritə hazırlanıb.
MBNP-nin mətbuat xidmətindən bildiriblər ki, ingilis dilində tərtib olunmuş xəritə Bakı, Gəncə, Quba, Qəbələ və Şəkidə yerləşən bankların struktur bölmələrinin ünvanları, iş rejimi və əlaqə nömrələri göstərilməklə dizayn edilib. Xəritədə həftə sonları və 24/7 rejimində fəaliyyət göstərən filiallar xüsusi qeyd olunub.
Sözügedən xəritə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində ölkə mehmanxanalarına paylanıb.
Xəritənin elektron versiyası isə Palatanın rəsmi internet səhifəsində yerləşdirilib (link: ).