BMT-nin “Uşaq hüquqları Konvensiyası”nın (20 noyabr 1989) qəbul edilməsinin ildönümü ərəfəsində ölkəmizdə ənənəvi «Uşaq hüquqları aylığı» keçirilir. Astara rayon Kakalos kənd Folklor evində kəndin 1 və 2 saylı orta məktəblərinin müəllim və şagirdləri, uşaq bağçası kollektivinin iştirakı ilə təşkil edilən tədbir də bu mövzuya həsr olunub.
Folklor evində fəaliyyət göstərən Xalq teatrının rejissoru Nüşabə Kərimova konvensiyanın qəbul edilməsinin tarixi əhəmiyyəti barədə məlumat verib. Astara RİH kənd icra nümayəndəsi Cəfər Əhmədov, kənd ağsaqqalı Paşa Əkbərov və mədəniyyət işçisi Fərbiyə Şabanova çıxış edərək bildirib ki ölkəmizdə uşaqlarla bağlı dövlət siyasəti onların sağlam, layiqli vətəndaş kimi böyüməsinə yönəlib.
Tədbirdə “Mən hər şeyi bacarıram” devizi ilə uşaqlar arasında şahmat, dama, rəsm, şeir qiraəti və rəqs müsabiqələri keçirilib, qaliblərə hədiyyələr təqdim edilib.
Xalq teatrı üzvlərinin ifasında Fatma Həsənqızının “Meşəmizdə div peyda olub” nağıl-tamaşasından parça nümayiş etdirilib.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar