![](/img/news/700x420/24100.jpg)
Folklor evində fəaliyyət göstərən Xalq teatrının rejissoru Nüşabə Kərimova konvensiyanın qəbul edilməsinin tarixi əhəmiyyəti barədə məlumat verib. Astara RİH kənd icra nümayəndəsi Cəfər Əhmədov, kənd ağsaqqalı Paşa Əkbərov və mədəniyyət işçisi Fərbiyə Şabanova çıxış edərək bildirib ki ölkəmizdə uşaqlarla bağlı dövlət siyasəti onların sağlam, layiqli vətəndaş kimi böyüməsinə yönəlib.
Tədbirdə “Mən hər şeyi bacarıram” devizi ilə uşaqlar arasında şahmat, dama, rəsm, şeir qiraəti və rəqs müsabiqələri keçirilib, qaliblərə hədiyyələr təqdim edilib.
Xalq teatrı üzvlərinin ifasında Fatma Həsənqızının “Meşəmizdə div peyda olub” nağıl-tamaşasından parça nümayiş etdirilib.