Paytaxtın sakinləri və qonaqları üçün açıq səma tədbirləri təşkil olunur
   
   Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Arts Council Azerbaijan” təşkilatının birgə həyata keçirdikləri uzunmüddətli “Art Weekends in Icherisheher” layihəsi davam edir.
   Layihə çərçivəsində hər həftəsonu şəhərimizin sakinləri və qonaqları üçün açıq səma altında canlı milli musiqi, yerli rəssamların sərgisi, əl işləri yarmarkası, balaca uşaqlar üçün heykəltəraşlıq, keramika, rəsm üzrə ustad dərsləri və digər çoxsaylı maraqlı tədbirlər təşkil olunur.