"Azərbaycanfilm” kinostudiyasının baş operatoru, Əməkdar incəsənət xadimi Kənan Əziz (Məmmədov) Avropa Kino Akademiyasına üzv seçilib.
Bu barədə məlumat verən baş operator bildirib ki, o, Avropa Kino Akademiyasında Azərbaycan kinosunu təmsil edən ilk şəxsdir. Qeyd edək ki, sözügedən Akademiya 1989-cu ildə İsveç rejissoru İnqmar Berqmanın təşəbbüsü ilə yaradılıb.
Dekabrın 3-5-də Estoniyanın paytaxtı Tallinndə Avropa Kino Akademiyasının tədbiri keçiriləcək və tədbirdə Kənan Əziz də iştirak edəcək: “Orada Avropanın ən yaxşı filmlərinə baxış keçiriləcək, müxtəlif nominasiyalar üzrə mükafatlar veriləcək. Artıq mənə də yeni Avropa filmlərini göndəriblər ki, rəyimi bildirim. Məni həmişə Avropa kinosu maraqlandırıb, akademiyaya qəbul olunmaq istəyim vardı. Sənədlərimi göndərdim, yarım ilə qədər araşdırdılar. Nəticədə qərar çıxarıldı və səs çoxluğu ilə üzvlüyə qəbul etdilər. Çalışacam Azərbaycan kinosunu Avropada təbliğ edim və Avropa kinosunu daha geniş formatda Azərbaycanda tanıdım”.
Kənan Məmmədov 1946-ci il oktyabrın 9-da Bakıda doğulub. Politexnik İnstitutunda və Moskva Ümumdövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb.