“Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü haqqında” ölkə Prezidentinin müvafiq sərəncamının icrası ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi cari ilin dekabr ayında uşaq, yeniyetmə və gənclər arasında ümumrespublika musiqi müsabiqəsi keçirir.
1 dekabr tarixində Bakı şəhər Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik musiqi məktəbində müsabiqəyə start verilib. 9 ixtisas üzrə keçirilən müsabiqəyə 600-ə yaxın iştirakçı qatılıb.
Müsabiqə qaliblərinin yekun konserti dekabrın 16-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək.