Azərbaycan Turizm və Menecment Universitetinin əməkdaşları Avropa İttifaqı, Təhsil Nazirliyi və Odlar Yurdu Universitetinin birgə təşkil etdiyi Bolonya prosesinə uyğun ikili diplomlar və MBA proqramı üzrə TAIEX seminarında iştirak ediblər.
Seminar zamanı Azərbaycanda və Avropa İttifaqına üzv ölkələrdə MBA proqramları (qeydiyyat prosedurları və kredit tələbləri), birgə və ikili dərəcə diplom təhsili, Bolonya prinsipləri çərçivəsində Avropa İttifaqına üzv olmayan ölkələrdə birgə və ikili dərəcə diplomların tanınması prosedurları məsələləri müzakirə olunub.
* * *
ATMU-nun Tədqiqat və inkişaf şöbəsinin bölmə rəhbəri Qahirə Məmmədova Ukraynanın Kiyev şəhərində keçirilən “Erasmus+ Əlaqələndirici” seminarda iştirak edib.
Tədbir çərçivəsində təşkil olunan işçi görüşlərdə Avropa İttifaqına üzv ölkə universitetlərinin nümayəndələri ilə gələcək əməkdaşlığa dair müzakirələr aparılıb. 2017-ci ildə təqdim olunacaq tələbə mobilliyi və ali təhsildə keyfiyyətin artırılması istiqamətində reallaşacaq layihələrdə tərəfdaşlıqla bağlı ilkin razılığa gəlinib.