İtaliyanın Sereqno şəhərində Ettore Pozzoli adına gənc pianoçuların 3-cü beynəlxalq müsabiqəsi keçirilib. Müsabiqənin “B” kateqoriyasında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi məktəbinin V sinif şagirdi Nuray Əliyeva çıxış edib.
Müsabiqədə 10 ölkədən gənc pianoçular iştirak edib. Yarışmanın beynəlxalq münsiflər heyəti Nuray Əliyevanı “Partecıpazıone-Sertıfıkato de Merıto” diplomuna layiq görüb. Tamaşaçılar arasında keçirilən rəy sorğusuna əsasən isə Bakı məktəblisi III dərəcəli mükafat alıb və müsabiqənin laureatı adını qazanıb.