“Forbes” jurnalı 2016-cı ildə ən çox gəlir əldə edən müğənnilərin adlarını açıqlayıb. Jurnalın siyahısında birinci yeri amerikalı müğənni Teylor Svift tutur. Qeyd olunur ki, müğənninin illik qazancı 170 milyon dollar təşkil edib. İkinci pillədə “One Direction” qrupu (110 milyon dollar), üçüncü yerdə ingilis müğənnisi və bəstəkarı Adel (80,5 milyon dollar) qərar tutub. Amerikalı müğənnilər Madonna (76,5 milyon) və Rihanna (75 milyon) illik qazanclarına görə dördüncü və beşinci yerləri bölüşdürür.
Siyahıda altıncı yerdə kantri ifaçısı Qart Bruks (70 milyon), yeddinci pillədə “AC/DC” rok qrupu (67,5 milyon), səkkizinci pillədə isə “Rolling Stones” qrupudur (66,5 milyon).
Onluqda son iki yeri DJ Kelvin Harris (63 milyon) və reper Şon Kombs (62 milyon) tuturlar.
İlona Qubadova