Dekabrın 10-da Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) qida məhsulları mühəndisliyi ixtisası üzrə təhsil alan bir qrup tələbəsi və müəllim heyəti “Azersun Holding” MMC-nin Bakı qida və yağ fabrikində iş şəraiti ilə tanış olublar. Tələbələr müəssisənin struktur rəhbəri Elşən Kərimovun hazırladığı təqdimat əsasında yağın rafinasiya və dezodarasiyası, avadanlıqların iş prinsipi, laboratoriya şəraitində fiziki-kimyəvi göstəricilərinin analiz prosesləri, xammal və hazır məhsulun qablaşdırılması, xüsusi temperaturlu anbarlarda saxlanma şəraiti barədə məlumat alıblar. 
   Tələbə və müəllim heyəti həmçinin “Azersun Holding”in nəzdində fəaliyyət göstərən Kağız-karton istehsalı kombinatında laboratoriya şəraitində keyfiyyət ekspertizasının aparılması prosesini izləyib, kağızın fiziki-kimyəvi keyfiyyət göstəricilərinin təyini texnikası ilə yaxından tanış olublar.

   Fariz