İnşa müsabiqəsinə yekun vurulub
   
   “Turizmin İnkişafına Kömək” İctimai Birliyi və Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə keçirdiyi “Azərbaycanın işğal olunmuş ərazilərinin turizm potensialı” mövzusunda inşa müsabiqəsinə yekun vurulub.
   ATMU-nun Tədqiqat bölməsinin rəhbəri Qahirə Məmmədova və digər çıxış edənlər Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində şəhər və rayonlarımızın turizm potensialına vurulan ziyandan söz açıblar. İşğal altında qalan Dağlıq Qarabağ və digər torpaqlarımızın təbiət və tarixi baxımdan zəngin potensiala malik olduğu, keçirilən inşa müsabiqəsinin torpaqlarımızın turizm potensialının öyrənilməsinə xidmət etdiyi vurğulanıb.
   Sonra müsabiqənin qalibləri elan olunub. Azərbaycan Turizm və Menecment Universitetinin I kurs tələbəsi Ləman Abbasova I yer, Naxçıvan Dövlət Universitetinin birinci kurs magistri Arzu Qasımov II yer, ATMU-nun III kurs tələbəsi Elnarə Mürsəlova III yerə layiq görülüb.
   
   Fariz