Görkəmli bəstəkar Tofiq Quliyevin musiqiləri səslənəcək
Yanvarın 31-də Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin xatirəsinə həsr olunmuş konsert proqramı keçiriləcək.
Sarayın mətbuat xidmətindən bildirilib ki, “Könül nəğmələri” adlı konsertdə xalq artistləri Yalçın Rzazadə, Azər Zeynalov, Samir Cəfərov, Brilyant Dadaşova, Heydər Anatollu, əməkdar artistlər Anar Şuşalı, Lalə Məmmədova, Abbas Bağırov, İnarə Babayeva, Fərid Əliyev, Almaz Orucova, Zakir Əliyev, Röya, Teymur Əmrah, İlqar Muradov, Ehtiram Hüseynov, digər müğənnilər, “Qaya” qrupu iştirak edəcək.